İtaliya klubunda yeni baş məşqçi

17:36 15 İyun 2016

İtaliya A Seriya təmsilçisi "Atalanta"nın yeni baş məşqçisi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, klub rəhbərliyi "Senua"nın keçmiş baş məşqçisi Canpyero Qasperini ilə müqavilə imzalayıb. Lakin müqavilənin müddəti açıqlanmayıb.


Qeyd edək ki, "Atalanta" ötən mövsüm A Seriyasını 13-cü  pillədə tamamlamışdı.


Xəbər xətti