Tovuz rayonu növbəti yarışa ev sahibliyi edəcək

10:05 16 İyun 2016

Tovuzda Zaur Axundovun xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Tovuz rayon Açıq birinciliyi keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, 18-19 iyun tarixlərində keçirilməsi nəzərdə tutlan yarışın məqsədi, bölgələrimizdə taekvondo idman növünün təbliği və inkişafına nail olmaq, eləcə də idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılmasıdır. Artıq hər il ənənəvi olaraq keçirilən yarışa, Tovuz rayonu Gənclər və İdman idarəsi, Azərbaycan Taekvondo Federasiyası rəhbərlik edəcək.


2005-2006-çı il təvəllüdlü uşaq, 2002-2004-cü il təvəllüdlü yeniyetmə taekvondoçular arasında təşkil edilən turnirdə, Azərbaycan Taekvondo Federasiyasının üzvü olan, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları qatılacaq.

 

Tovuz rayon Olimpiya İdman Kompleksində təşkil edilən yarışda bütün yaş qrupları və hər çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaq.


Xəbər xətti