İtaliya qələbə qazandı, Türkiyə 2-ci məğlubiyyətini aldı - YENİLƏNİB

00:50 18 İyun 2016

Bu gün futbol üzrə Avropa çempionatının 3 oyunu keçiriləcək.


Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalarda D və E qruplarında mübarizə aparan komandalar üz-üzə gələcək.


E qrupu çərçivəsində İtaliya və İsveç komandaları qarşılaşacaq.  Antonio Kontenin yetirmələri bu matçda qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək. Aktivində bir xal olan İsveç isə növbəti mərhələ şanslarını saxlamaq üçün 3 xal qazanmalıdır.

D qrupunda isə iki oyun keçiriləcək. Qrupun ilk oyununda azarkeşlər Çexiya - Xorvatiya oyununu izləyə biləcək. 

Qrupun digər oyununda isə İspaniya Türkiyə ilə qarşılaşacaq. Türkiyə AÇ-də yoluna davam etmək üçün qələbəyə çalışacaq. İspaniya isə 1/8 final mərhələsinə vəsiqəni təmin etmək üçün 3 xalı qazanmaq niyyətindədir.


E qrupu


17:00. İtaliya - İsveç 1:0

Qol:  Eder, 88, (1:0)

Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Vensel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Kleman Turpen
Ehtiyat köməkçi hakim: Nikolas Dano (hər ikisi Fransa)
Tuluza şəhər stadionu


D qrupu
20:00. Çexiya - Xorvatiya 2:2

Qollar:  İvan Perisiç, 38, (0:1), İvan Rakitiç, 58, (0:2), Mario Şkoda, (1:2) Necid, 90+4, (2:2)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dürdüncü hakim: Tasos Sidiropulos
Ehtiyat köməkçi hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu


23:00. İspaniya - Türkiyə 3:0

Qollar: Alvaro Morata, 34, 48, Nolito, 36, 

Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristoç, Dalibor Curceviç
Əlavə köməkçi hakim: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov
Ehtiyat köməkçi-hakim: Vitali Malyutsindir (hər ikisi belaruslu)
Nitsa. Nitsa şəhər stadionu


Xəbər xətti