Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşdi

12:04 17 İyun 2016

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, "Korintians" klubunun baş məşqçisi Adenor Leonardo Bakki (Tite) rəsmi olaraq futbol üzrə Braziliya yığmasının məşqçisi təyin olunub. Bunu klubun prezidenti Roberto de Andrade bəyan edib.

 

Qeyd edək ki, Braziliya millisinin Amerika kubokunda qrupdan çıxa bilməməsindən sonra yığmanın baş məşqçisi Dunqa istefaya göndərilmişdi.


Xəbər xətti