Portuqaliyalı ulduz: "Stadiona dava etmək üçün gedən azarkeşləri anlamıram"

23:31 17 İyun 2016

Avropa Çempionatının mükafatçısı Luiş Fiqo Fransada davam edən qitə birinciliyindəki azarkeşlərlə bağlı insidentlərlə bağlı danışıb:

“Mən stadiona dava etmək üçün gedən azarkeşləri anlamıram. Məncə bununla mübarizə aparmaq lazımdır. Uşaqlar futbolla məşğul olur, onların da müəyyən məqsədləri var. Biz indiki uşaqlar üçün bu azarkeşlərlə mübarizə aparmalıyıq. Və bu mübarizə təkcə hüquq mühfaziə orqanları tərəfindən yox, bu işdə olan hər kəs tərəfəfindən aparılmalıdır. “

Qeyd edək ki, bu ilki Avropa çempionatı artıq ilk günlərdən azarkeşlərin öz aralarında və polislərlə olan toqquşmaları ilə yaddaşlarda qalıb.


Digər xəbərlər

Xəbər xətti