UEFA Türkiyə millisini cəzalandıra bilər

21:09 18 İyun 2016

UEFA Türkiyə Futbol Federasiyası barəsində intizam tədbiri  başlatdığını elan edib. 

 

Sportarena.az xəbər verir ki, buna səbəb ötən gün "Avro-2016"nın qrup mərhələsində keçirilən Türkiyə - İspaniya oyunundan (0:3)sonra yaranmış vəziyyət olub.

Belə ki, Türkiyə millisinin azarkeşləri matç zamanı stadiona daxil olmağa cəhd edib

Həmçinin türk azarkeşlər oyun meydançasına yad maddələr atmaqda, məşəl yandırmaqda da ittiham edilirlər.


Xatırladaq ki, bənzər hadisə Rusiya - İngiltərə matçından da sonra yaranmışdı. Bu səbəbdən Rusiya millisinə isə şərti diskvalifikasiya cəzası verilib. 


Xəbər xətti