Rumıniyada güləş üzrə Avropa Çempionatı keçiriləcək

13:59 19 İyun 2016

21-26 iyun tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçiriləcək. Turnirdə ölkəmizi yeniyetmələrdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandanın üzvləri və eləcə də qadın güləşçilərimiz təmsil edəcək.

 

Sportarena.az xəbər verir ki, yarışlar paytaxt Buxarestin Polivalenta idman arenasında keçiriləcək və iyunun 20-də Avropa çempionatının rəsmi açılış mərasimi olacaq.

 

Avropa çempionatının proqramına əsasən 21-22 iyun tarixlərində yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar. 23-24 iyun tarixlərində qadın güləşçilər mübarizə aparacaqlar, 25-26 iyun tarixlərində isə sərbəst güləşçilər güclərini sınayacaqlar.


Turnirə avropanın 20-yə yaxın ölkəsindən 800 idmançı qatılacaq.


Final oyunları isə Bakı vaxtı ilə axşam saat 19.00-da başlayacaq.(report)


Xəbər xətti