UEFA Avropa çempionatının formatını dəyişəcəkmi?

17:55 20 İyun 2016

“Gələcəkdə Avropa çempionatının formatını dəyişməyə ehtiyac yoxdur”.

Bu sözləri UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corcio Marketti deyib.

UEFA İcraiyyə Komitəsinin 2008-ci ildə çıxardığı qərara əsasən, “Avro-2016”nın final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edir, bundan başqa yarışda 1/8 final mərhələsi də tətbiq olunub. Əvvəllər isə Avropa çempionatında 16 komanda oynayırdı və komandalar qrupda ən yaxşı nəticə göstərən 2 komanda 1/4 finala vəsiqə qazanırdı.

“Mənim fikrimcə, 2020 və 2024-cü ilin Avropa çempionatında da 24 komanda çıxış edəcək. Hesab edirik ki, indi formatı dəyişmək lazım deyil” – deyə o bildirib.


Digər xəbərlər

Xəbər xətti