UEFA "Kəpəz" - "Daçiya" matçının vaxtını dəyişdirdi

11:56 21 İyun 2016

"Kəpəz"in Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya"  klubu ilə keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.

 

Sportarena.az "Daçiya" klubunun rəsmi saytına istinadən xəbər verir ki, matç öncədən planlaşdırıldığı kimi, iyun ayının 30-da deyil, 28-də  keçiriləcək. Bununla bağlı UEFA-nın Moldoviya klubuna məlumat göndərdiyi də qeyd olunub.

 

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Daçiya" matçı saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti