"Qəbələ"nin Avropa Liqası üçün heyəti müəyyənləşdi

14:12 22 İyun 2016

“Qəbələ”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. 


Quruma göndərilən A vərəqində 16 futbolçu yer alıb.


Xatırladaq ki, “Qəbələ” ilə “Samtredia” arasında ilk oyun iyunun 30-da Bakıda, cavab matçı iyulun 7-də Gürcüstanda keçiriləcək.


Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkieviç


Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos


Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Luis Uiks, 32. Rəşad Eyubov


Hücumçu: 9. Sergey Zenyov


Digər xəbərlər

Xəbər xətti