Ronaldodan jurnalistə qarşı hörmətsizlik: Mikrofonunu alıb gölə tulladı - VİDEO

14:56 22 İyun 2016

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo "Correio da Manha" nəşrinin jurnalistinə qarşı aqressiv davranıb.


Sportarena.az xəbər verir ki, "Real"ın ulduzu jurnalistə hörmətsizlik edib. Belə ki, Portuqaliya milli komandası bu gün AÇ-2016-nın F qrupunun son matçında Macarıstanla üz-üzə gələcək. 


Bu matçdan öncə jurnalistlərdən biri futbolçudan müsahibə götürmək istəyib. Jurnalistin bu hərəkəti futbolçunu əsəbiləşdirib. O, telekanal işçisinin mikrofonunu əlindən alaraq suya atıb.


Baş vermiş hadisənin səbəbi sözügedən nəşrin futbolçunun şəxsi həyatını tez-tez gündəmə gətirməsidir.


Digər xəbərlər

Xəbər xətti