İspaniya 4385 gün sonra uduzdu

21:45 22 İyun 2016

İspaniya millisinin Avropa çempionatlarının final mərhələlərindəki məğlubiyyətsizlik seriyasına son qoyulub.


Son Avropa çempionları "Avro-2016"nın qrup mərhələsinin son turunda dünən Xorvatiyaya 1:2 hesabı ilə uduzub.


Bununla da, Priney təmsilçisi 4385 gün sonra Avropa çempionatının final mərhələsində məğlubiyyətlə üzləşib. İspaniya yığması sonuncu dəfə "Avro-2004"ün qrup mərhələsində Portuqaliyaya məğlub olub - 0:1.


Qeyd edək ki, "Avro-2016"da qrup mərhələsini ikinci pillədə başa vuran Visente del Boskenin komandası 1/8 finalda İtaliya ilə üz-üzə gələcək.


Xəbər xətti