Ronaldo rekorda doymur

23:55 22 İyun 2016

Macarıstan-Portuqaliya oyununda 2 qol, 1 qol ötürməsi ilə yadda qalan Kriştiano Ronaldo yeni rekordlar əldə edib. Bu rekordları təqdim edirik.

Kriştiano Ronaldo 4 fərqli Avropa çempionatında qol vuran ilk futbolçu oldu. Ulduz futbolçu AVRO 2004, AVRO 2008, AVRO 2012 və AVRO 2016-da fərqlənməyi bacarmaqla ilki reallaşdırdı.

Kriştiano Ronaldo Avropa çempionatlarının seçmə mərhələlərində ən çox oyun keçirmiş futbolçu oldu. O 18 oyuna çataraq, 17 oyun keçirmiş Lilian Turam və Edvin Van Der Sarı geridə qoydu.

Kriştiano Ronaldo hazırda 8 qolla Avropa çempionatında iştirak edən futbolçular arasında bu turnirdə ümumi ən çox fərqlənmiş futbolçu statusunu qazandı. O 6 qollu Zlatan İbrahimoviçi geridə qoydu.


Xəbər xətti