Tofiq Heydərov: "Bundan sonra yetirmələri dopinqə düşən məşqçilər cinayət məsuliyyətinə cəlb olunacaq" - VİDEO

17:48 24 İyun 2016

AAAF Park Yaşayış Kompleksininin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni rəhbər heyətinin ölkədə fəaliyyət göstərən məşqçilərlə ilk görüşü keçirilib.

 

İclasda federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov və yığma komandaların böyük məşqçisi Tofiq Heydərov iştirak edib. Mərasim zamanı AAAF-ın hazırkı durumu, problemlər və qarşıda duan vəzifələr müzakirə olunub.

 

İclas zamanı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Tofiq Heydərov onu da qeyd edib ki, bundan sonra yetirmələri dopinq düşən məşqçiləri cinayət məsuliyyətinə cəlb olunacaqlar.

 

Federasiyanın hazırda cəzalı olan idmançıların cəzasının ləğvinə və cəza müddətinin azaldılmasın maksimum cəhd edəcəyi də vurğulanıb.


Xəbər xətti