"Mançester Yunayted" "Arsenal"ın futbolçusunu transfer edir

22:14 24 İyun 2016

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo "Arsenal"ın futbolçusunu transfer etmək niyyətindədir.


Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "topçular"ın Aaron Remzini heyətə qatmaq istəyir.


Məlumata görə, "qırmızı şeytanlar" futbolçu üçün qarşı tərəfə 65 milyon avro təklif edəcək.


Qeyd edək ki, uelsli futbolçu son mövsüm "Arsenal"ın heyətində 44 oyun keçirib və 6 qol vurub.


Xəbər xətti