Gerard Proqni: "Aqollidən bu haqda heç nə soruşmadım"

16:58 25 İyun 2016

"Zirə"nin yeni transferi Gerard Proqni sportal.az saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:
 

- “Zirə”yə transferiniz haqda nə söyləyə bilərsiniz?
- Bakı klubu ilə müqavilə imzaladığım üçün çox xoşbəxtəm. “Zirə”yə kömək etmək üçün əlimdən gələni edəcəm. Komandada hər şey qaydasındadır.
 

- “Zirə” haqda nə məlumatınınz var?
- Bilirəm ki, “Zirə” yeni yaradılan və hədəfləri böyük olan klubudur. “Qartallar” ötən mövsüm çempionatı 2-ci pillədə başa vurub. Komandada yaxşı futbolçular var.
 

- Paytatımız xoşunuza gəldi?
- Həqiqətən də Bakı çox gözəl və müasir şəhərdir. Buranı çox bəyəndik. İnanın, çox xoşbəxtəm.
 

- “Zirə”yə gələndə Ansi Aqolli ilə məsləhətləşdiniz?
- Sözün düzü, bu haqda ondan heç nə soruşmadım. Çünki Aqolli millinin heyətində Avropa çempionatında idi.
 

- Növbəti mövsümdən etibarən çempionatımızda 8 klub mübarizə aparacaq. Sizcə, komandaların sayı az deyil?
- Bu haqda məlumatım var. Məncə, bunun heç bir problemi olmayacaq və çempionatda güclü rəqabət olacaq.
 

- Albaniya yığmasının Avropa çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?
- Albaniya millisi çox əzmkar mübarizə apardı. Rumıniya üzərində qazanılan qələbə möhtəşəm idi. Albaniya mübarizəni dayandırsa da, hər 3 oyunda çox gözəl oyun nümayiş etdirdi.Yığmanın oyunçuları ilə fəxr edirəm. 


Digər xəbərlər

Xəbər xətti