İngiltərə çempionundan transfer hərəkatı

12:46 26 İyun 2016

Kiyev "Dinamo"sunun müdafiəçisi Aleksandr Draqoviç bir sıra Avropa nəhənglərinin hədəfindədi.
Gənc futbolçu ilə Almaniya "Bayer"indən başqa son İngiltərə çempionu "Lester Siti" də yaxından maraqlanır.
Ukraynalılar istedadlı oyunçunu 22 milyondan aşağı qiymətə satmaq istəməsə də, "tülkülər" Draqoviçə görə yalnız 15 milyonundan keçməyə hazırdı. Avropa Çempionatından sonra futbolçunun hansı komandaya gedəcəyi məlum olacaq.
 


Digər xəbərlər

Xəbər xətti