"Kəpəz"in rəqibi Mərdəkanı erməni məkanı adlandırdı - FOTO

10:30 28 İyun 2016

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz" "Dalğa Arena"da Moldovanın "Daçiya" klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, matçdan öncə "Kəpəz" klubu "Daçiya"ya etiraz məktubu göndərib. Belə ki, Moldova klubunun rəsmi saytında matçın keçiriləcəyi yer ilə bağlı təhrifə yol verilib. Moldova klubu "Dalğa Arena"nın yerləşdiyi Mərdəkan qəsəbəsini erməniəsilli məkan kimi göstərib və qəsəbənin adını Makrudyan kimi yazıb.


Gəncənin "Kəpəz" klubu bununla bağlı qarşı tərəfə rəsmən etiraz məktubu göndərib.


Digər xəbərlər

Xəbər xətti