"Qəbələ" vaxtı dəyişdi

10:43 29 İyun 2016

İyunun 30-u UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Samtredia” komandasını qəbul edəcək.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” - “Samtredia” matçı öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı dəyişdirilib. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun sabah - iyunun 29-da baş tutacaq mətbuat konfransı saat 18:45-də başlayacaq. Tədbir arenanın media zalında keçiriləcək. “Qəbələ”nin oyunöncəsi son məşqi isə 19:30-da start götürəcək.


Xatırladaq ki, saat 20:30-da “Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqların məşqi isə 21:00-da başlayacaq.


Xəbər xətti