Tale Heydərov: "Komandamızın 3 qol vurması gözlәnilmәz idi, nәinki bir oyunçunun" - MÜSAHİBƏ

10:10 1 İyul 2016

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” Gürcüstanın "Samtredia” komandasını 5 - 1 hesabıyla məğlub edib.
 
Sportarena.az xəbər verir ki, oyundan sonra "Qəbələ”nin prezidenti Tale Heydərov jurnalistlərin saullarına cavab verib: 
 
 

- Oyun haqqında nә deyә bilәrsiz?
- Belә hesab gözlәmirdim. Düzdür, bu bizi arxayınlaşmaq olmaz. Belә davam etmәk lazımdır. Hәlә bu qәlәbә heç nә demәk deyil.
 

- Komandanın oyunu sizi razı saldı?
- Hesaba baxarsaq, әlbәttә razı saldı. Amma komandanın necә oynadığını qarşıdakı rәqiblәrlә oyun göstәrәcәk. Ümumilikdә, isә hәr şey yaxşı idi.
 

- Yeni transferlәri bәyәndiz?
- Yeni transferlәr xoşuma gәldi. Ümid edirәm ki, belә davam edәcәk. Amma onları daha çәtin sınaqda yoxlamaq lazımdır. Demәk olar ki, әn rahat birinci oyun idi.

 
- Yeni transferlәr olacaq?
- Bir hücumçu lazımdır. Onu da yaxın da edәcәyik.
 

 - Bu komanda daha güclüdür, yoxsa ötәnilki komanda?
-
Әn azından keçәn ilkindәn zәif deyil.
 

- Hәdәfiniz nәdir?
- Hәdәf hәmişә yüksәk olub. Mәqsәd ötәnilki nәticәni daha da yaxşılaşdırmaqdır.
 

- Qrup mәrhәlәsinә düşә bilәrsiz?
- Bәli.

 
- Teo Luis Uiksdәn 3 qol gözlәyirdiniz?
- Tәbii ki, yox. Komandamızın 3 qol vurması gözlәnilmәz idi, nәinki bir oyunçunun.
 

- Komanda ötәn mövsümün sonunda uğursuz çıxış etdi. Avropa Liqasında uğurlar bunu unutdura bilәrsiz?
- Bizim hәdәflәrimiz hәr zaman yüksәkdir. Komandadan daha yaxşı nәticә gözlәyirdim. Bunu doğrulda bilmәdik. Avroliqada bunu unutdura bilәrik.

 
- Büdcәnin artırılması gözlәnilmir?
- Yox. Әksinә bilirsiniz ki, büdcә azaldılıb.
 

- Bu büdcә ilә nәticә gözlәnilir?
- Kiçik büdcә ilә dә uğur qazanmaq olar.
 

- Bu azalma maliyyә problemlәrindәn irәli gәlir?
 - Әlbәttә, maliyyә çәtinliklәri ilә bağlıdır.
 

- Maliyyәnin azalması komandanın nәticәsinә tәsir edә bilәr...
-Әlbәttә ki, tәsir edә bilәr. Ötәn il bәzi transferlәrdә yanlışlığa yol vermişdik. Bu il daha diqqәtli olmalıyıq.

 
- Bu gün gәnc futbolçular da meydanda özünü yaxşı tәrәfdәn göstәrdi. Demәk olar ki, yavaş-yavaş öz akademiyanızın yetirmәlәrinә üstünlük verәcәksiz?
- Әlbәttә. Baş mәşqçinin qarşısına da belә bir şәrt qoyulub ki, akademiya yetirmәlәrinә güvәnsin.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti