Almaniya Qran Prisində ilk gün 5 güləşçimizin qızıl medal şansı

21:53 2 İyul 2016

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir. 


Sportarena.az xəbər verir ki, ilk yarış günündə 65, 74, 86 və 97 kq çəkidə sərbəst, 66, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır. 


Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya təmsilçisi Çingiz Labazanov olacaq. 


Sərbəst güləş yarışlarında 65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olacaq. 


86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionumuz Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxstandan olan rəqiblərini üstələyib. Güləş həvəskarları bu çəkidə Azərbaycan finalını izləyəcəklər. 


97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə qarşılaşacaq. 

Yunan roma
75 kq 
1/8 final - Rafiq Hüseynov - Berq Sebastlan (SWE) 9:0
1/4 final - Varga Oldrich(CZE) - Rafiq Hüseynov 2:9
1/2 final - Vilson Jayson (USA) - Rafiq Hüseynov 2:12
FİNAL - Rafiq Hüseynov - Çingiz Labazanov (RUS) 

Sərbəst güləş
65 kq
1/4 final - Dorn Niklas (GER) -Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Mustafa Zopalı (TUR) 10:0
FİNAL - Frank Molinaro (USA) - Toğrul Əsgərov

86 kq
1/16 final - Amarhaly Mahammadau (BLR) - Nurməhəmməd Hacıyev 4:7
1/8 final - Kaufmehl Maykl (GER) - Nurməhəmməd Hacıyev 2:12
1/8 final - Şərif Şərifov - Konstantin Volk (GER) 10:0
1/4 final - Jden Cok (USA) - Şərif Şərifov 2:6
1/4 final - Jeizerzans Sebastian (POL) - Nurməhəmməd Hacıyev 0:10
1/2 final - Adilet Davlumayev (KAZ) - Şərif Şərifov 4:8
1/2 final - Zbiqnev Baranovski (POL) - Nurməhəmməd Hacıyev 0:5
FİNAL - Şərif Şərifov - Nurməhəmməd Hacıyev 

97 kq
1/8 final - Xetaq Qazyumov - Nobl Jordan (FRA)11:0
1/4 final - Xetaq Qazyumov - Serdar Bone (TUR) 10:0
1/2 final - Kyle Snyder (USA) - Xetaq Qazyumov 1:2
FİNAL - Radoslav Baran (POL) - Xetaq Qazyumov 


Digər xəbərlər

Xəbər xətti