"Barselona"nın futbolçusuna hücum etdilər

23:39 2 İyul 2016

"Barselona"nın futbolçusu İvan Rakitiç hücuma məruz qalıb. 


Sportarena.az xəbər verir ki, istirahət etmək üçün Xorvatiyanın Uqliya adasına yollanan futbolçunun ailəsi ilə birlikdə qaldığı evə hücum olub.
 
Belə ki, bir neçə azarkeş futbolçunun ailəsi ilə qaldığı evi daşlayıblar. Lakin xoşbəxtlikdən heç kim zərər görməyib. 

 
Hadisədən sonra futbolçu ailəsiylə birlikdə qayıqla adanı tərk edib.


Xəbər xətti