Güləşçimiz qızıl medal qazandı

00:33 3 İyul 2016

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir. 


Sportarena.az xəbər verir ki, ilk yarış günündə 65, 74, 86 və 97 kq çəkidə sərbəst, 66, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır. 


Yarışda iştirak edən Azərbaycan yığması ilk medalını qazanıb.


Belə ki, 97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə qarşılaşıb. Görüş güləşçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 


97 kq
1/8 final - Xetaq Qazyumov - Nobl Jordan (FRA)11:0
1/4 final - Xetaq Qazyumov - Serdar Bone (TUR) 10:0
1/2 final - Kyle Snyder (USA) - Xetaq Qazyumov 1:2
FİNAL - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:5


Xəbər xətti