İbrahimoviç: "Mən Fransa çempionatının nüfuzunun artmasına kömək etdim"

16:30 3 İyul 2016

PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı fikirləri ilə diqqət çəkib.


Sportarena.az xəbər verir ki, isveçli futbolçu Fransa çempionatının onun istedadına uyğun səviyyədə olmadığını bildirib:


"Mən Fransa çempionatının nüfuzunun artmasına kömək etdim. Parisin simvolu oldum. PSJ ilə müqavilə imzaladıqda, Fransa çempionatından heç nə gözləmirdim. Çünki bu çempionat mənim istedadıma, oynadığım əvvəlki klubların səviyyəsinə uyğun deyildi. İki min azarkeşin bizi həvəsləndirəcəklərinə əmin deyildim. Halbuki, "San-Siro" stadionunda hər zaman 90 min azarkeş olurdu".


Qeyd edək ki, 4 il PSJ-də oynayan İbrahimoviç 3 dəfə Fransa Liqasının ən yaxşı futbolçusu seçilib. Ötən mövsümün sonunda Paris klubundan ayrılan 34 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olunub.


Digər xəbərlər

Xəbər xətti