Pep Qvardiola "Mançester Siti"nin bazasında - FOTOLAR

17:15 3 İyul 2016

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu gün Mançester şəhərinə gəlib.


Sportarena.az xəbər verir ki, yeni mövsümdən "şəhərlilər"i çalışdıracaq baş məşqçi bu gün klubun bazasına gələrək, rəhbərliklə birlikdə baza ilə yaxından tanış olublar.


Qeyd edək ki, son olaraq Almaniyanın "Bavariya" klubunun baş məşqçisi olan Qvardiola "Mançester Siti"ilə müqavilə imzalayıb. O, növbəti 3 il ərzində "şəhərlilər"in baş məşqçi postunda olacaq.


Xəbər xətti