"Lester" nigeriyalı hücumçu ilə gücləndi

11:48 4 İyul 2016

İngiltərə çempionu “Lester Siti” hücum xəttini gücləndirib. Klub bu dəfə forvardını Rusiyadan tapıb.

“ÇSKA” Moskvanın 23 yaşlı nigeriyalı hücumçusu Ahmed Musa 21 milyon dollara Dumanlı Albiona yollanır. Oyunçu çərşənbə axşamı İngiltərəyə uçacaq.

Qeyd edək ki, oyunçu Rusiyaya Hollandiyanın “VVV-Venlo” klubundan 2012-ci ildə gəlmiş və bu illər ərzində 3 Rusiya Çempionluğu, 3 Rusiya Kuboku və 2 Rusiya Super Kuboku qazanıb.


Digər xəbərlər

Xəbər xətti