"Kəpəz"də Avroliqa oyunu öncəsi iki zədəli futbolçu

15:29 4 İyul 2016

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya”nın qonağı olacaq “Kəpəz” hazırlığı davam etdirir.

Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "sarı-göylər" Bakıda hazırlaşır. 

Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Gəncə təmsilçisinin məşqləri “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.

“Kəpəz”in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibbi presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.


Xəbər xətti