"Kəpəz" tarix yaza bilər"

16:11 4 İyul 2016

"Kəpəz” iyulun 7-də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə “Daçiya” ilə qarşılaşacaq.

Sportarena.az-ın məlumatına görə, Gəncə klubunun müdafiəçisi Şəhriyar Rəhimov qarşıdakı oyun haqda fikirlərini kapazpfc.az saytı ilə bölüşüb: 

“Məsuliyyəti dərk edir, tarix yaza bilmək şansımızın olduğunu düşünürük. 16 ildən sonra mərhələ adlamaq üçün əlimizə fürsət düşüb. Bacardığımızı edib Azərbaycanı layiqincə təmsil etməyə və Gəncə azarkeşlərini sevindirməyə çalışacağıq. İlk oyundakı nəticəyə baxmayaraq inamımız böyükdür. Elə azarkeşlər də bizə inanırlar. Çünki evdə bir neçə vəziyyətdə fərqlənmək imkanımız oldu. İlk hissədə daha yaxşı oynadıq. Çatışmayan yalnız qol oldu. Bakıda vura bilmədiyimiz qolu səfərdə vurmağa səy göstərəcəyik”. 


Digər xəbərlər

Xəbər xətti