Ulduz futbolçular Türkiyəyə gəlməyəcək: səbəb terror

00:30 5 İyul 2016

İyulun 16-da Messi, Neymar, Suares kimi dünya ulduzlarının Antalyaya gələcəyi gözlənilirdi.

Həmin gün Antalyada Samuel Eto Özəl Fondunun 10 illik yubileyi qeyd olunmalı idi.

Bu münasibətlə “Antalyaspor”un kamerunlu ulduzu iyulun 16-da “Antalya Arena”da Türkiyə yığması ilə dünya ulduzları yığması arasında dostluq matçı keçirmək niyyətindəydi. Ancaq Atatürk hava limanında baş verən terror hadisələri kamerunlu futbolçunun planlarını pozub. Bu hadisədən sonra təşkilatçılıqda müəyyən problemlər yaranıb. Əvvəlcədən gələcəyinə söz verən bəzi ulduzlar qorxuya düşərək səfərdən imtina edib.

 Deyilənə görə, böyük ehtimalla Eto tədbiri ertələyəcək. Bu üzdən kamerunlu ulduz çox məyusdur.


Xəbər xətti