"Barselona" 5 milyon avronu İspaniya xəzinəsinə qaytarmalıdır

00:51 5 İyul 2016

“Barselona” və daha 5 ispan klubu dövlət tərəfindən təqdim olunan qeyri-qanuni pulları geri qaytarmalı olacaq. Avropa Komissiyasının araşdırmasının nəticəsi məhz bu qərarla bitdi.

“Barselona”, “Atletiko” və “Osasuna” 5 milyon avro, “Valensiya” 20.4, “Herkules” 6.1, “Elçe” 3.7 milyon avro qaytarmalı olacaq.

Daha öncə isə “Real” Madridin də bu siyahıda adının çəkildiyi və 18.4 milyon avro ödəməli olacağı məlum olmuşdu.


Xəbər xətti