"Mançester Siti" ukraynalı futbolçunu transfer etdi

10:36 5 İyul 2016

İngiltərənin "Mançester Siti" klubu heyətini ukraynalı futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki,  "şəhərlilər" Rusiyanın "Ufa" klubundan Aleksandr Zinçenko ilə müqavilə imzalayıb.


Gənc yarımmüdafiəçi ingilis klubunda 2021-ci ilə kimi çıxış edəcək. 


Xəbər xətti