Roman Qriqorçuk: "...cavabdeh olan şəxslər əllərindən gələni edəcəklər"

21:05 6 İyul 2016

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Samtredia" ilə keçiriləcək matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.


Sportarena.az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə ukraynalı mütəxəssis müsahibəsində bunları deyib:


- İlk görüşdə qeydə alınan 5:1 hesablı qələbədən sonra bu matçı formal xarakterizə etmək olarmı?
- Yox, mən belə düşünmürəm. Bizi sabah ciddi oyun gözləyir. Bu oyuna çox yaxşı hazırlaşmışıq. Sabah bizi ciddi oyun gözləyir.
 

- Sabah da meydanda "qol yağışı" görə bilərikmi?
- Biz həmişə istəyirik ki, yaxşı nəticə əldə edək, çoxlu qol vuraq. Ümid edirəm ki, sabah da məhsuldar oyun olacaq.

 

- İlk görüşdən sonra klubun prezidenti Tale Heydərov yeni transferlərdən razı qaldığını söyləmişdi. Bəs siz necə, onlardan razısınızmı?
- Ümid edirəm ki, gələcəkdə də yeni transferlər özlərini daha yaxşı tərəfdən göstərəcəklər.
 

- Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması sizi narahat edirmi?
- Dünən burda oyun olub. Oyun zamanı yağış yağdığına görə, meydançanın ot örtüyü korlanıb. Həmin görüşə qədər isə meydançanın vəziyyəti yaxşı idi. Düşünürəm ki, stadionun ot örtüyünə cavabdeh olan şəxslər əllərindən gələni edəcəklər. Meydançanın bizə və rəqibə problem yaradacağını düşünmürəm.

Vüsal Yalçınoğlu / Zestafoni


Digər xəbərlər

Xəbər xətti