"Daçiya" fanatlarından "Kəpəz" azarkeşlərinə qarşı hörmətsizlik - bayraqları tapdaladılar

21:38 7 İyul 2016

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə Moldova "Daçiya"sı arasında baş tutan cavab matçından sonra qalmaqal yaşanıb. 

 

Sportarena.az xəbər verir ki, Gəncə klubunun 1:0 hesablı qələbəsiylə başa çatan oyundan (ilk oyun 0:0) sonra meydan sahiblərinin fanatları "Kəpəz" azarkeşlərinə qarşı zor tətbiq edib. Belə ki, "Daçiya"nın ultrasları azsaylı qonaq azarkeşlərin əlindəki bayraqları alıblar. Onlar həmin bayraqları ayaq altına atıb tapdalayaraq, hadisə yerini dərhal tərk ediblər.  (futbolinfo.az)


Xəbər xətti