Dalğıclar Federasiyasının prezidenti suda boğuldu

17:35 8 İyul 2016

Gürcüstan Milli Dalğıclar Federasiyasının prezidenti Elquca Camrişvili vəfat edib.

 

Sportarena.az xəbər verir ki, o, çayda batmış yeniyetmənin axtarışları zamanı boğulub.
 
Belə ki, xilasedicilər nə onun, nə də yeniyetmənin meyitini tapa bilməyiblər. 

 
Qeyd edək ki, Fövqəladə Vəziyyət İdarəsinin əməkdaşlarının və xilasedicilərin iştirak etdiyi axtarışlar hava şəraiti ilə əlaqədar daha da çətin vəziyyətə düşüb.


Digər xəbərlər

Xəbər xətti