Olimpiya çempionumuz səfir oldu

14:44 9 İyul 2016

Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub.


Sportarena.az xəbər verir ki, bu, sərbəst güləş üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovdur. İdmançıya xüsusi sertifikatı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib.


Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Baku Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FIDE konqresinin növbəti iclası olacaq.


Xəbər xətti