"Barselona" Arda Turanı icarəyə verir - "Fənərbaxça"ya

12:59 10 İyul 2016

"Barselona"nın ulduz fubolçusu Arda Turan "Fənərbaxça"ya transfer oluna bilər.


Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" rəsmiləri "Barselona" ilə ilkin danışıqlara başlayıb. Məlumata görə, "sarı-lacivərtlilər" futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. 


Lakin Ardanın "Fənərbaxça"ya gəlişi o qədər də real görünmür. Belə ki, futbolçu üçün Dortmund "Borussiya"sı və "Arsenal"ın da təklif göndərdiyi iddia olunur. 


İspaniya mətbuatının yazdığına görə, Arda "Fənərbaxça"ya getmək istəməsə də, Kataloniya klubu futbolçunu icarəyə vermək niyyətindədir. 


Xəbər xətti