Neymar: "Barselona"nı tərk etməyi heç vaxt düşünməmişəm"

16:09 10 İyul 2016

Neymar "Barselona" ilə müqaviləsini uzatdığını açıqlayıb.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlama verən futbolçu Kataloniya klubu ilə 2021-ci ilədək uzatdığını bildirib.


"Mən, "Barselona" klubunu tərk etməyi heç fikirləşməmişəm. Komanda mənə yeni müqavilə təklif etdi və mən də razılaşıb, müqaviləni imzaladım".


Qeyd edək ki, bir müddət öncə braziliyalı futbolçunun adı "Mançester Yunayted" və PSJ klubları ilə hallanırdı.


Xəbər xətti