"Barselona" Ardanı transferə çıxardı

22:11 10 İyul 2016

"Barselona" futbolçusu Arda Turanla yollarını ayırmağa hazırdır.
Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi artıq türkiyəli futbolçunu transferə çıxarıb. 29 yaşlı futbolçunu transfer etmək istəyən klublar 25 milyon avrosundan keçməli olacaq. Arda ilə "Arsenal", "Fənərbaxça" və "Borussiya" (Dortmund) klubları yaxından maraqlanır.
Qeyd edək ki, ötən mövsüm "Barselona"ya transfer edilən Arda FİFA-nın İspaniya nəhənginə qoyduğu qadağa səbəbindən yanvar ayına qədər oynaya bilməyib. O, "Barselona"da keçirdiyi 25 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti