"Real" dayandı , MY Poqbanın agenti ilə razılığa gəldi

11:30 11 İyul 2016

Mançester Yunayted bu həftə Pol Poqbanın keçidini həll etmək istəyir.
 
Məhz bu qədər müddət 23 yaşlı futbolçuya verilib. 
 
Sportarena.az xəbər verir ki, MY artıq futbolçunun agenti ilə razılığa gəlib.Futbolçunun illik məvacibi 13 milyon avro təşkil etməlidir.
 
Bir müddət əvvəl verilən məlumata görə ingilislər Poqba üçün 128 milyon avro ödəməyə hazırdır. Poqbanın agenti Rayolanın bu transferdən qazancı 30 milyon avro təşkil edəcək
 
Daha bir məlumata görə Madrid Realı artıq Poqba uğrunda mübarizədən kənara durub.


Xəbər xətti