Cüdoçularımız Rusiyadan 5 medalla geri dönür

13:18 12 İyul 2016

Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunlarına yekun vurulub.


Sportarena.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın sonuncu günü daha bir medal əldə edib.


90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli turnirin gümüş medalına sahib olub.


Bununla da, yeniyetmə cüdoçularımız "Deti Azii" oyunlarına 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq yekun vurublar.


Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.


Digər xəbərlər

Xəbər xətti