Taekvondoçularımızdan uğurlu start - 2 qızıl medal

13:34 12 İyul 2016

Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində sayca VI olan “Asiya Uşaqları” Beynəlxalq İdman Oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, dörd ildən bir təşkil edilən oyunlar müxtəlif idman növlərində keçirilir ki, bunların arasında taekvondo idman növü də var. Startı verilən taekvondo üzrə yarışlarda təmsilçilərimiz artıq uğura imza atıblar. Belə ki, aldığımız son məlumata görə -48 kq çəki dərəcəsində mübarizəyə qatılan Ayaz Qəmbərli və Orxan Tağızadə (+73 kq) rəqiblərindən üstün olaraq fəxri kürsün ən yüksək pilləsinə qalxmağı bacarıb.


Xəbər xətti