Şeydayev Azərbaycan pasportu aldı

21:36 12 İyul 2016

Milli komandamızda çıxış etmək üçün müraciət etmiş Ramil Şeydayev artıq Azərbaycan pasportu alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiyanın "Matç TV" telekanalı məlumat yayıb.


Belə ki, futbolçunun meneceri Sergey Kuşov sözügedən telekanala açıqlama verib. O, açıqlamasında bildirib ki, Şeydayev dünən AFFA-nın dəstəyi ilə Azərbaycan pasportu almağı bacarıb. 


Kuşov açıqlamasında onu da qeyd edib ki, AFFA artıq futbolçunun millidə oynaması üçün FİFA-ya müraciət göndərib. 


Digər xəbərlər

Xəbər xətti