Araz Abdullayev: "Baltsan"la matçdan sonra çox çətin idi..."

23:57 13 İyul 2016

“Necə oyuna çıxacağımızı başa düşürük”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Araz Abdullayev deyib.

 
Ölkəmizi Avropa Liqasında təmsil edən “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edəcəklər. Oyundan öncə keçirilən mətbuat konfransında Araz Abdullayev də iştirak edib: “Evdə oynayacağıq. Çalışacağıq ki, komanda şəklində hər şeyi edək. Səfərə sərfəli nəticə ilə getmək lazımdı ki, orda daha rahat oynayaq”.

 
- Ötən matçdan sonra ən çox tənqid olunan futbolçulardan biri siz olduq. Sabahkı oyun öncəsi azarkeşlərə çağırış edə bilərsizmi?
- “Baltsan”la ikinci oyunun ilk hissəsində yaxşı oynadıq. Amma fasilədən sonra boşluqlar oldu. Səhvlər buraxdıq. Çalışacağıq ki, sabah o səhvləri etməyək. Biz bu mərhələni də keçmək istəyirik. Bir mərhələ keçib, dayanmaq istəmirik. Mən fikirləşmirəm ki, bu heyətlə növbəti mərhələyə keçə bilmərik. Sabah can qoymaq, azarkeşləri, klubu fikirləşib, son ana qədər oynamaq lazımdı.

 
- Komandadaxili vəziyyət necədi?
- Səfərdə qalib gəlib, evdə uduzanda istər-istəməz narazılıqlar olur. “Neftçi” böyük klubdu, azarkeşlər bizdən həmişə qələbə gözləyirlər. “Baltsan”la matçdan sonra çox çətin idi, amma özümüzə gəlmişik. Sabahkı görüşə yüksək motivasiya ilə çıxacağıq.
 

- Rəqibin heyətində tanınmış klublarda oynamış futbolçular var. Onlara baxanda “Neftçi”nin şansını nə qədər görürsüz?
- Biz onların oyunlarına baxmışıq. Belə bir şərt yoxdu ki, bu komandaya qalib gəlmək olmaz. Yaxşı hazırlaşsan, istədiyini edə bilərsən. Evdə oynayacağıq, azarkeş üstünlüyümüz var.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti