Şahin Diniyevin yubileyi Avstriyada qeyd olundu - FOTO

15:54 14 İyul 2016

UEFA Avropa Liqasının II mərhələsinin “Admira” ilə ilk oyunu ilə bağlı səfər hazırlığı səbəbindən “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günü Avstriyada qeyd olunub. 

 

Sportarena.az xəbər verir ki, 50 yaşını tamamlayan çalışdırıcının şərəfinə komandanın yerləşdiyi oteldə tort kəsilib.

 

Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu klubun rəhbərliyi adından Şahin müəllimi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Ona gələcək işlərində uğurlar arzulayıb.


Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən baş məşqçi “Kəpəz”in AL-da mərhələ adlamasını özünə ən böyük hədiyyə saydığını deyib.


Şahin Diniyevin 50 illik yubileyi “sarı-göylər”in Avstriyada məskunlaşdığı “Lengbachhof” otelinin diqqətindən də yayınmayıb. Mütəxəssisə doğum günü hədiyyəsi təqdim olunub.  


Xəbər xətti