Cüdoçumuz Yakutiyada fərqləndi

Sportarena.az      15 İyul 2018, 23:52

Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunlarına yekun vurulub. Azərbaycan cüdoçuları yarışın sonuncu günü daha bir medal əldə edib. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli turnirin gümüş medalına sahib olub. Bununla da, yeniyetmə cüdoçularımız "Deti Azii" oyunlarına 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq yekun vurublar. Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.
 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin