Dövlət çevirlişinə cəhd futbola da təsir etdi

14:47 16 İyul 2016

Dünən gecə İstanbul və Ankarada dövlət çevrilişinə cəhd hökümət qüvvələri tərəfindən yatırılsa da bütün bu hadisələr ölkənin idman və futbol həyatına da öz təsirini göstərdi.

Bu gün axşam saatlarında baş tutmalı olan “Fənərbaxça” – “Olimpik” Lion matçı sarıkanaryanın rəsmi saytından verilən məlumatla təxirə salındığı və başqa bir vaxtda keçiriləcəyi qeyd olunmuşdur.

Bundan başqa Antalyada Etonun yardım təşkilatının həyata keçirəcəyi xeyriyyə futbol matçının da təxirə salındığı qeyd olunub.

Qeyd edək ki, matçda hökümət adamlarının, həmçinin prezident Recep Tayyip Erdoğanın da iştirak edəcəyi məlumatı var idi. Bundan başqa matçda Eden Azar, Maykl Esyen, Stefan Appia, Paskal Numa, Nvanku Kanu, Deku, Karles Puyol, Kolo Ture, Marsel Desayi, Arda Turan, Andres İniesta, Lionel Messi kimi ulduz isimlərin də iştirakı gözlənirdi.

Təşkilat komitəsinin üzvü isə bildirib ki, oyunun təxirə salınması ilə bağlı qonaqlar xüsusi təyyarələrlə Barselona şəhərinə göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti