"Qarabağ"ın rəqibi: "...belədə rəqib haqda xeyli məlumat əldə edə bilərik"

16:45 16 İyul 2016

"Viktoriya"nın baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Klubun rəsmi saytına danışan Pivarnik III təsnifat mərhələsindəki potensial rəqibləri haqda bunları bildirib:

"Mövcud potensial rəqiblər arasından seçim edə bilməzdik. Ancaq növbəti mərhələdə qarşılaşacağımız komanda ilə görüşdə uğur qazanmağa çalışacağıq. Növbəti həftə Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasında cavab matçı olacaq. Şəxsən həmin oyunu canlı izləmək istərdim. Əlbəttə, belədə rəqib haqda xeyli məlumat əldə edə bilərik". 

Qeyd edək ki, "Qarabağ" "Düdelanj" (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq. Çexiya çempionu ilə ilk görüş səfərdə olacaq.


Digər xəbərlər

Xəbər xətti