"Barselona" rəhbərliyi Türkiyədəki hadisələrlə bağlı açıqlama verdi

17:11 16 İyul 2016

İyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən darbe hadisəsi bütün dünyanı şoka salıb. Bu hadisə səbəbilə bu gün axşam saatlarında futbol ulduzlarının iştirakı ilə baş tutması planlanan yoldaşlıq oyunu da ləğv edilib. Hazırda Türkiyədə bir neçə Barselona oyunçusunun olması səbəbiylə klub rəhbərliyi rəsmi "Twitter" ünvanından açıqlama yayıb.

Açıqlamada deyilir ki, klubun hazırkı oyunçusu Arda Turan və keçmiş oyunçuları Karles Puyol, Deku və Erik Abidal hal-hazırda Antalya şəhərindədirlər və onlar üçün heç bir təhlükə gözlənilmir. Leo Messi və Andres İnyesta isə Türkiyəyə getməyiblər.


Xəbər xətti