"Rio-2016" öncəsi daha bir qalmaqal

17:53 16 İyul 2016

Braziliya polisi 2016-cı il Rio olimpiadasının biletlərinin təkrar satışı ilə məşğul olan cinayətkər dəstəni aşkarlayıb. Hüquq mühafizə orqanları 27 şəxsə qarşı cinayət işi açıb. Daha 50 nəfər barədə isə araşdırma aparılır. Məlumatda qeyd olunur ki,  dəstə üzvləri Rio olimpiadasının ən populyar yarışları sayılan futbol və volleybol turnirlərinin yarımfinal, final matçlarına, yüngül atletika üzrə yarışlara, eləcə də açılış və bağlanış mərasimlərinə biletləri kütləvi şəkildə əldə edərək qat-qat baha qiymətə satırmışlar. Dələduzlar, işləri asan getsin deyə, social şəbəkələrdən geniş istifadə edirlər.


Digər xəbərlər

Xəbər xətti