Belarus və Rumıniya komandaların olimpiadadan kənarlaşdırıldı

00:14 17 İyul 2016

Belarusla Rumıniyanın kayak və kanoe üzrə sprinter komandaları bütün yarışlardan kənarlaşdırılıb. 

 

Sportarena.az xəbər verir ki, qadağa 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına da şamil edilib.


Səbəb hər iki ölkə idmançılarının mütəmadi olaraq, dopinqdən istifadə etmələridir. İCF bildirir ki, Rumıniya yığmasından 11 idmançının dopinq-testi müsbət nəticə verib. Onlardan daha çox meldonium preparatı aşkarlanıb. 

 

Belarus təmsilçilərində isə 5 belə hal qeydə alınıb.
Qeyd edək ki, Belarus yığmasının sprinter məsafələrində 12 idmançıya 7, Rumıniya millisində isə 8 idmançıya 4 lisenziyası var idi. Onlardan bəziləri Azərbaycanı olimpiadada kanoe növündə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə təmsil edəcək Valentin Demyanenkonun, eləcə də qadın kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq İnna Osipenko-Radomskayanın rəqiblərindən idi.


Xəbər xətti